Rusiyanın təhdidlərinə hazırıq - Finlandiya
15.04.2022
280 mindən çox ehtiyat əsgərimiz var. F-35 döyüş təyyarələrinə sərmayə qoymuşuq, onlardan 60-ı Finlandiyaya gələcək.
Bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib.
"Biz müdafiə qüvvələrimizə böyük əhəmiyyət veririk. Rusiyanın Ukraynaya hücumundan sonra yeni təhlükəsizlik təhdidlərinin yarandığı bir dünyada yaşayırıq. Finlandiya bütün müzakirələri yaya qədər bitirib qərar verəcək. Bunun nəticəsində Rusiyadan bir reaksiya gözləyirik və fərqli təhdidlərə də hazırıq. Rusiyanın Ukraynanı işğalı ictimaiyyətin NATO-ya baxışını da dəyişdirdi”, - nazir bildirib.