Ərdoğan Ayasofya Fatih Mədrəsəsinin Açılışında
15.04.2022
Türkiyə prezidenti Ərdoğan çıxışında bunları deyib:
Ötən həftə biz İslam Sivilizasiyaları Muzeyini açdıq. Bu gün açılışını etdiyimiz Ayasofya Fatih mədrəsəsi ilə daha bir əsəri şəhərimizə gətiririk. Bu yer şəhərin ilk mədrəsəsi kimi istifadəyə verilmişdir. Ali Kuşçu da burada mühazirələr oxuyub. Mədrəsə 1924-cü ilə qədər müxtəlif tarixlərdə baxım, təmir və tikinti işləri ilə təhsil xidmətini davam etdirmişdir. Daha sonra görüntünü korladığı səbəbi ilə sökülüb. Ayasofyanı muzeyə çevirən zehniyyət buranı da dağıdıb.
Bu gün açılışını etdiyimiz Ayasofya Fatih mədrəsəsi sayəsində izlərinin silinməsi arzulanan daha bir əsəri şəhərimizə gətiririk.
Qərbdən də qərbli, Bizans pərəstişkarı olan, millətin dəyərlərinə zidd olan bu zehniyyət min illərdir ki, bizim mədəni sərvətimizin qədrini bilmir.