Ruslar sərnişin avtobusunu atəşə tutub: 7 ölü, 27 yaralı
15.04.2022
Rusiya hərbçiləri İzyum rayonunun Borovaya qəsəbəsində mülki insanların olduğu avtobusu atəşə tutub.
"DM" xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokuroru Dmitri Çubenko məlumat yayıb.
Onun sözlərinə görə, avtobusun atəşə tutulması nəticəsində 7 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.