Paris meri Kiyevə gəlib, saziş imzalayıb
15.04.2022
Kiyev və Paris şəhərləri arasında dostluq münasibətlərinin qurulması haqqında razılaşma imzalanıb.
"DM" xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.
"Bu çətin vaxtda Kiyevə səfər edən Paris meri Ann İdalqo ilə görüşdüm. Həmkarımla şəhərlərimiz Kiyev və Paris arasında dostluq münasibətlərinin qurulması barədə razılaşma imzaladıq”, - Kliçko bildirib.