Avropadan Rusiyadakı aksiyalara REAKSİYA
11.09.2018
Avropa Rusiyada keçirilən etiraz aksiyalarından narahatdır.
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Avropanın xarici siyasət xidməti Rusiyanın bir necə şəhərlərində keçirilən etiraz aksiyalarında adamların tutulmasından narahatdırlar. Xatırladaq ki, 9 sentyabrda Rusiyanın bir çox şəhərlərində icazəsiz mitinqlər keçirilib. Xüsusilə, Aİ hesab edir ki, hakimiyyətin bu cür hərəkətləri , təşkilatların dinc aksiya və fikir azadlıqlarının həyata keçirilməsinə mane olur. Avropa birliyi hesab edir ki, Rusiya rəhbərliyi öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən Avropa Şurası və ATƏT-in əsas hüquqları çərcivəsində riayət olunmaqla tam şəkildə yerinə yetirəcək. Mətbutın verdoyo xəbərə əsasən daha öncə Moskvada və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında təxminən 100 nəfər həbs edilib.