21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Milli Məclis media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasını təsdiqləyib

15.04.2022

Milli Məclis Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasına dair layihəni III oxunuşda təsdiqləyib.

Bununla bağlı "Dövlət rüsumu haqqında” qanunun 22-ci maddəsinə (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapıb. Müvafiq düzəlişləri nəzərə alaraq "ümumrespublika televiziya yayımı”, "ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.