03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyada bir neçə general saxlanılıb: istintaq gedir

15.04.2022

Kremlin güc strukturları ilə uzun illər yaxından işləmiş rusiyalı hərbi jurnalst Andrey Soldatov sensasion iddia irəli sürüb.

Soldatov "Spetsefir” kanalının canlı yayımı zamanı Kremldən bəzi vacib məlumatların sızdığını bildirib.

"Ukraynadakı hərbi əməliyyat Kremlin planına əsasən ən geci bir aya Rusiyanın tam qələbəsi ilə bitməli idi. Lakin hadisələr Putinin planı üzrə getmədi və o, Kremldə satqın ovuna başladı. İlk zərbə Rusiya Federasiyası Federat Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində fəaliyyət göstərən gizli kəşviyyat qurumunun yüksək rütbəli generallarına dəydi. Belə ki, general Sergey Besedanın hazırda ev dustaqlığında olduğu bildirilir. Məlumata əsasən general Beseda Putina döyüşlərlə bağlı səhv məlumatlar verilməsində iddiham olunur”, - deyə o qeyd edib.

Həmçinin Soldatov qeyd edib ki, daha bir neçə rus generalın hazırda sorğuda olduğu baradə məlumatlar da mövcuddur.