İrəvan rus qazının pulunu rublla ödəyir - Kerobyan
15.04.2022
Ermənistan Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməyə başlayıb.
"DM" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib.
"Biz milli valyutalara doğru hərəkət etməliyik. Bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə", - Kerobyan bildirib.