Makron Zelenski ilə zəngləşib
15.04.2022
Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski ilə Emmanuel Makron arasında telefon danışığı olub. Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.
Bu barədə Volodimir Zelenski öz tviter səhifəsində məlumat verib.
"Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Ukrayna xalqının müqavimətini, danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq",-deyə Volodimir Zelenski əlavə edib.