Azərbaycanın düşməni HƏBS EDİLDİ
11.09.2018
Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilatın rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.
Rusiya KİV-nə verdiyi xəbərə görə, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən onun barəsində 2018-ci il iyulun 12-də cinayət işi açılıb və həbsinə qərar verilib.
Özünü Abboszadə adlandıran Fəxrəddin Abbaszadə ermənilərin mətbuat orqanlarında Azərbaycana qarşı separatçı çıxışlar edib. Həmçinin onun Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqəsi olduğu da bildirilir. O, vaxtı ilə1993-cü ildə qondarma "Talış-Muğan Respublikası parlamentinin spikeri" təyin olunmuş, lakin təxrıbatın qarşısı alındıqdan sonra Rusiyaya qaçmışdır. F.Abbaszadə xaricdə yaşadığı müddət ərzində Azərbaycan dövlətçiliyinin əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.