Türkiyə bu halda Rusiyaya sanksiya tətbiq edəcək
14.04.2022
Rusiyaya sanksiyalar BMT tərəfindən təsdiqlənərsə, Türkiyə onlara əməl edəcək.
"DM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyənin bütün hərəkətlərinin beynəlxalq hüquqa əsaslandığını bildirib:
"Türkiyə BMT səviyyəsində razılaşdırılmış və təsdiq edilmiş bütün məhdudiyyətlərə əməl edəcək. Türkiyə regionda prinsipial və balanslaşdırılmış siyasətini davam etdirəcək”.