Müharibə məhz Şuşa uğrunda gedirdi - Paşinyan
14.04.2022
Şuşasız Qarabağda müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün olmazdı.
"DM" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Bizə deyirlər ki, Şuşanı verdiniz. Müharibə elə məhz Şuşaya görə gedirdi. Deyirlər ki, müharibəni dayandırardınız. Sizcə, biz müharibəni dayandırmaq barədə düşünməmişdik? Bu, sadacə mümkünsüz idi”, - Paşinyan qeyd edib.
Paşinyan Fərrux ətrafındakı vəziyyəti misal göstərib:
"Əgər biz başqa yolla getsək, Qarabağı vermiş olacağıq. Fərrux ətrafındakı vəziyyət buna misaldır. Bu halda hər şeyi hissə-hissə təhvil verməyə başlayacağıq. Bəsdir bir-birimizi aldatdıq”.