Usmanovun 735 milyonluq yaxtası müsadirə edilib
14.04.2022
Almaniya rusiyalı oliqarx Əlişir Usmanova məxsus 735 milyon dollar dəyərində dünyanın ən böyük "Dilbər” superyaxtasını müsadirə edib.
Bu barədə "Biznes İnsayder” məlumat yayıb.
Məlumata görə, Almaniya polisi dünyanın ən böyük superyaxtasının rusiyalı oliqarx Əlişir Usmanovun bacısına məxsus olduğunu müəyyən etdikdən sonra onu müsadirə edib. Polis məsələsini araşdırdıqdan sonra superyaxtanın faktiki sahibini müəyyənləşdirib və onu Hamburqdakı tərsanəyə göndərib.
Qeyd edək ki, AB-nin sanksiya siyahısına Əlişir Usmanovun bacısı Gülbahar İsmayılova da daxildir.