Bu gün Amerikada baş verən 11 sentyabr hadisələrinin 17-ci ildönümüdür. Bu terror aktı Amerika Birləşmiş Ştatlarının tarixində baş verən ən böyük faciələrdəndir. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları partladılmışdı. Hadisələr nəticəsində 2976 nəfər həlak olmuş, 6 mindən çox insan yaralanmışdı. Bu faciə bütün amerikalıları sarsıtdı. 11 sentyabr terror aktları Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə əməliyyatlardan idi. Bundan sonra ABŞ beynəlxalq terrorçuluqla mübarizə adı altında əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başladı.