21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirilib

14.04.2022

Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması, telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı kadr kimi yetişməsi məqsədilə mobil operator "Nar” Naxçıvan şəhərində növbəti dəfə "Mobil rabitənin əsasları” təlimini keçirdi.

"Devran Media" xəbər verir ki, bu dəfəki təlim mobil standartların arxitekturası, şəbəkə avadanlıqlarının iş prinsipi kimi geniş mövzuları əhatə edirdi. Naxçıvan şəhərində ikinci dəfə keçirilən "Mobil rabitənin əsasları” təlimi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət universitetində keçirilib. Təlimdə universitetin müəllim və tələbələri ilə yanaşı, sözügedən nazirliyin əməkdaşları da iştirak ediblər.

Telekommunikasiya və informasiya təhlükəsizliyinin artan strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların hazırlanması üçün "Nar” bu təlimləri davamlı olaraq həyata keçirir. Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən tələbələr "Nar” tərəfindən sertifikatla təltif edir.

Qeyd edək ki, bu günədək 300-dən çox tələbənin qatıldığı "Mobil rabitənin əsasları” təlimləri "Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil operatorun digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.