İran rəhbərinin Pakistandakı nümayəndəsinə verilən pullar hara gedib? - VİDEO
14.04.2022
Bu günlərdə beynəlxalq mediada Pakistanın Federal Təhqiqatlar Agentliyinə istinadla yayılan məqalə böyük rezonans doğurub. Həmin məqalədə İranın xeyrinə casusluq və qaçaqmalçılıq üzrə faktlar ortaya qoyulub.
Cari ilin fevral ayında Federal Təhqiqatlar Agentliyinin Kəraçi şəhər məhkəməsinə təqdim etdiyi ittiham aktında bildirildiyinə görə, şəbəkə üzvləri pulların göndərilməsi üçün təkcə müxtəlif köçürmə əməliyyatlarından istifadə etməyiblər, həm də ziyarət adı ilə Qum və Nəcəf şəhərlərinə gedən adamlar vasitəsilə pul qaçaqmalçılığı həyata keçiriblər.
Pulyuma, casusluq və terrorçuluq əməllərinin bir-birinə düyünləndiyi bu cinayət işinin ən diqqətçəkən məqamı onda İranın ali rəhbəri Əli Xameneyinin Pakistandakı rəsmi nümayəndəsi Ayətullah Əbülfəzl Bəhaəddinin adının keçməsidir.
Ətraflı Azad İran "Youtube” kanalının videosunu təqdim edirik: