21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin ilk buzqıran gəmisini suya buraxdı

11.09.2018

Çin sentyabrın 10-da Şanxay şəhərinin limanında öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb.
"Dövran Media" bildirir ki, "Syuelun-2" (Qar əjdahası) adlı bu buzqıran gəminin tikintisi 2016-cı ildə başlayıb. Onun hazırlanmasına təxminən 153 milyon dollar ayrıldığı bildirilir.
İndiyədək Çində elmi-tədqiqat məqsədi ilə istifadə olunan və 1993-cü ildə Ukraynada hazırlanmış cəmi bir ədəd "Syuelun" tipli buzqıran gəmi vardı. "Syuelun-2" öz "böyük qardaşından" bir qədər kiçikdir. Çin istehsalı olan buzqıran gəminin uzunluğu 122,5 metr, eni 22,3 metr, ağırlığı isə 12,3 min tondur. O, 1,5 metr qalınlığında buzu qıraraq üzə bilir.
"Syuelun-2" buzqıran gəmisi 2019-cu ildə istifadəyə veriləcək.