Hindistanın Madhya - Pradeş ştatının Xarqone şəhərində çoxlu sayda dini ekstremist yüksək səsli musiqi sədaları altında məscidi mühasirəyə alaraq dini şüarlar səsləndirib, müsəlmanları təhdid edib. Sonra onlar məscidi yandırıblar.
"DM"xəbər verir ki, bu haqda Hindistan mediasında görüntülər paylaşılıb.
Hadisə yerində olan polis isə ekstremistlərə müdaxilə etmək yerinə, hadisəni kənardan izləyib.