21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukrayna XİN Makronun son açıqlamasına etiraz edib

13.04.2022

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı fəaliyyətlərini soyqırımı adlandırmamasından təəssüf hissi keçirir.

Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko "Facebook”da bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya obyektiv səbəblərə görə, tarixən yaxın olublar, lakin "iki qardaş xalq” mifi 2014-cü ildə Krımın işğalı və Donbasa hücumla dağıdılıb.

"Rusiyalı "qardaşlar” rusdilli əhalini qorumağa gəldilər. Amma səkkiz il ərzində 14 min ukraynalı öldürüldü. Mif son olaraq Rusiya raketlərinin fevralda Ukrayna şəhərlərinə uçması ilə dağıdılıb. Qardaş xalqlar uşaqları öldürmürlər, mülki şəxslərə atəş açmırlar, qadınlara təcavüz etmirlər, yaşlılara xəsarət yetirmir və evləri dağıtmırlar”, - Oleq Nikolenko vurğulayıb.

XİN rəsmisi əlavə edib ki, rusiyalılar və ukraynalılar arasında qardaşlıq bağlarından danışmaq üçün nə mənəvi, nə də real səbəb yoxdur.