03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Finlandiyanın Baş naziri: “Rusiyanın hər cür hərəkətinə hazır olmalıyıq”

13.04.2022

İsveç və Finlandiyanın Baş nazirləri NATO-ya üzvlük məsələsi ilə bağlı birgə mətbuat konfransı keçiriblər.

"DM" xəbər verir ki, mətbuat konfransında Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, NATO-ya üzvlüklə bağlı məsələ qısa müddət ərzində müzakirə olunacaq.

"Mən sizə vaxt cədvəli verə bilməyəcəyəm, lakin eyni zamanda, deməliyəm ki, bu, olduqca tez baş verəcək - aylar ərzində deyil, həftələr ərzində bunu müzakirə edəcəyik”, - Sanna Marin qeyd edib.

Finlandiyanın Baş naziri deyib ki, ölkəsi və İsveç müstəqil şəkildə qərar verəcək: "Əlbəttə, mən bütün region üçün oxşar seçimlər etməyimizi istərdim, amma İsveçin özü buna qərar verəcək”.

Sanna Marin xatırladıb ki, NATO-ya üzv olan ölkə 5-ci maddənin zəmanətinə malik olur və bu, başqa razılaşmalarda olmayan bir məqamdır: "NATO tərəfdaşı olmaqla üzvlük arasında fərq çox aydındır. Təhlükəsizliyə zəmanət əldə etməyin başqa yolu yoxdur. Lakin NATO-ya qoşulmaq bir çox riskləri ehtiva edir və biz Rusiyanın hər cür hərəkətlərinə hazır olmalıyıq. Müraciət etsək də, müraciət etməsək də bu risklər mövcuddur. NATO-nu təkcə hərbi ittifaq kimi deyil, həm də siyasi ittifaq kimi görürük. NATO təhlükəsizliyimizlə bağlı mühüm qərarların qəbul edildiyi bir təşkilatdır”.

İsveçin Baş naziri Maqdalena Andersson isə vurğulayıb ki, ölkəsi qərar verməkdə tələsməyəcək, lakin ölkənin təhlükəsizlik vəziyyəti ilə bağlı qiymətləndirməsi hərtərəfli və məqsədəuyğun şəkildə aparılacaq.

"Finlandiyadakı müzakirələrdə baş verənləri izləmək bizim üçün vacibdir, ona görə də biz çox sıx əlaqələrə malik olmalıyıq”, - İsveçin Baş naziri əlavə edib.

Ölkənin SVD qəzetinin İsveçin iyunda NATO-ya qoşulması xəbəri ilə bağlı sualı cavablandıran Baş nazir hökumətin məqsədinin tez bir zamanda hərbi bloka qoşulmaq olduğunu inkar etməyib.

İsveçin Baş naziri onu da deyib ki, NATO-ya üzv olmağın həm müsbət, həm də mənfi tərəfləri var.