Britaniya Rusiyadan dəmir və polad idxalına qadağa qoyur
13.04.2022
Aprelin 14-də Böyük Britaniya Rusiyadan dəmir və polad idxalına qadağa qoyacaq.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bundan əlavə, London Rusiyaya kvant texnologiyaları və qabaqcıl materialların ixracına da sanksiyalar tətbiq edir. Çünki Prezident Vladimir Putinin onlara ciddi ehtiyacı var. Müvafiq qanunverici aktlar cümə axşamı parlamentə təqdim olunacaq”, - Britaniya XİN-in bəyanatında qeyd olunub.