21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ölümü yaxınlaşdıran ən təhlükəli məhsul

11.09.2018

Otaqo Universiteti (Yeni Zelandiya) alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, şəkər insan sağlamlığı üçün ən ziyanlı məhsuldur.
"Dövran Media" bildirir ki, Yeni Zelandiya alimləri 1965-2013-cü illər arasında aparılmış çoxsaylı elmi araşdırmaların nəticələrini analiz etdikdən sonra belə qərara gəliblər.
Şəkər ürək-damar sistemi xəstəliklərinin inkişafına təkan verir. Bu xəstəliklər də ölümün əsas səbəbidir.
37 araşdırma şəkərin istehlakı ilə "pis" xolesterinin səviyyəsinin yüksəlməsi arasında olan sıx əlaqəni aşkar edib. Bildiyimiz kimi, "pis" xolesterin damarlarda yığılaraq onların tıxanmasına və nəticədə infarkt və insultun riskinin artmasına səbəb olur.
Həmçinin şəkər damarların daxili qatında iltihab yaradır ki, bunun nəticəsində xolestrin burada daha tez yığılır. 
Digər 12 araşdırma göstərib ki, şəkərin istehlakı arterial təzyiqinin yüksəlməsinə səbəb ola bilər.