Əmrullayev türk şagird və müəllimlərlə görüşdü
13.04.2022
Bu gün təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Kastamonu vilayətinin Kuzeykent ibtidai məktəbinin 4-cü sinfinin şagirdləri və müəllim heyəti ilə görüşüb.
"DM" xəbər verir ki, bu barədə nazir Feysbuk səhifəsində paylaşım edib.
Bildirib ki, cari ilin 15-22 mart tarixlərində Çanaqqala zəfərinin ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan tədbirlərdə azərbaycanlı şagirdlər də iştirak edib:
"Ortaq dəyərlərə sahib iki ölkə şagirdləri arasında ünsiyyətin və əməkdaşlığın önəmi çox böyükdür. Bu səfərin iki qardaş ölkə arasında təhsil sahəsində qarşılıqlı təmasların inkişafına töhfə verəcəyini inanıram".