21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qərb Ukraynanı hansı silahlarla təmin edir? - SİYAHI

13.04.2022

NATO ölkələri Ukraynaya silah tədarükünü davam etdirirlər. Tədarükün bir hissəsi Ukrayna Silahlı Qüvvələrinə (USQ) çatmır və anbarlarda məhv edilir. Belə ki, bir gün əvvəl Xarkov yaxınlığında Qərb zenit və tank əleyhinə sistemlərinin saxlanıldığı iddia edilən böyük bir arsenal məhv edilib. Amma Ukrayna ordusu Qərb silahlarından bəzilərini döyüşlərdə istifadə edir. Ukraynanı xüsusi olaraq silahlandırmağa çalışanlar arasında ABŞ, Böyük Britaniya və Çexiya ön sıralardadır.

Ukraynada döyüşlərin mümkün qədər uzun müddət davam etməsində ən çox maraqlı olan ABŞ bütün arsenallarını Kiyevə verib. Beləliklə, Ukrayna Silahlı Qüvvələri (USQ) 1400 ədəd "Stinger” daşınabilən zenit-raket kompleksi (DZRK); 5000 "Starstreak” DZRK; 100-dən çox "Switchblade” gəzən döyüş sursatı (dron-kamikadze); 50 milyon patron; düşmənin atəş mövqelərini tez müəyyən etmək və öz artilleriyasını onlara yönəltmək üçün dörd əks-batareya sistemi əldə edib.

Böyük Britaniya Ukraynaya ümumilikdə 4800 NLAW və "Javelin” tank əleyhinə raket kompleksləri (TƏRK) və həmçinin "Starstreak” daşınabilən zenit-raket kompleksi (DZRK) tədarük edib. Rusiya hava müdafiəsi Ukrayna üzərində uçuşa qadağa zonası yaratmazdan əvvəl ingilislər TƏRK və DZRK-nın əsas hissəsini nəqliyyat təyyarələri vasitəsilə Ukraynaya çatdırmağa nail olublar.

Rusiya XİN-in ABŞ-la yanaşı dost olmayan ölkələr siyahısına daxil etdiyi Çexiya da Ukraynanı silahlandırmaq üçün çox səy göstərir. Praqa Kiyevə 4000 minaatan; 7000 hücum tüfəngi; 3000 pulemyot; beş T-72 tankı; beş BMP-1 piyada döyüş maşını tədarük edib.

Slovakiya Ukraynada kiçik hərbi biznes qurub. Ukraynaya verdiyi köhnə "Sovet S-300” hava hücumundan müdafiə sistemlərinin müqabilində Slovakiya ABŞ-dan "Patriot” raket əleyhinə sistemlər alıb. Bundan əlavə, Slovakiya Kiyevə 50 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malik ağır artilleriya sistemləri vəd edib.

Belçika Kiyevə 200 DZRK, 3000 avtomatik tüfəng və 2000 pulemyot tədarük edib.

Ukrayna Kanadadan 4500 NLAW və "Javelin” tank əleyhinə raketləri və 7500 əl qumbarası əldə edib.

Şahzadə Hamletin vətəni Danimarka Ukraynaya 2700 tank əleyhinə sistem və 300 "Stinger” DZRK təhvil verib.

Almaniya Ukraynaya 1000 tank əleyhinə sistem, 500 "Stinger”, 1500 hava hücumundan müdafiə sistemləri üçün zenit raketi verib.

Hollandiya da kənarda qalmayıb və münaqişə bölgəsinə 200 "Stinger”; 100 snayper tüfəngi; 30 min patron; 400 tank əleyhinə sistem göndərib.

Litva, Latviya, Estoniya və təbii ki, Polşa Ukraynanın hərbi sponsorları sırasındadır. Baltikyanı ölkələr Ukraynaya, demək olar ki, bütün Amerika silah ehtiyatlarını - onlarla DZRK və DTRK veriblər.

Mənbə: mk.ru