Trampla Kim Çen yenidən görüşə bilər - AÇIQLAMA
11.09.2018
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İndən məktub alıb.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders deyib.
O bildirib ki, tərəflər yenidən bir araya gələ bilər:
"Bu məktub olduqca səmimi, müsbət aurada yazılıb. Məktubun tam məğzini açıqlamayacağıq. Məktubda Trampla yeni görüşün təşkil edilməsinə istək ifadə edilib. Bunun üçün hazırıq və indidən koordinasiya prosesindəyik”.