Paşinyandan Qarabağla bağlı gözlənilməz AÇIQLAMA
13.04.2022
"Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmayıb, Qarabağ məsələsi isə ərazi deyil, hüquq məsələsidir”.
Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Erməni lider Qarabağdakı ermənilərin təhlükəsizlik, hüquq və azadlıqlarının təmin edilməsinin prinsipial məsələ olduğu vurğulayıb.
"Əgər əvvəllər biz təməli Qarabağın statusu üzərində qururduqsa və buradan təhlükəsizliyin və hüquqların təminatı məsələlərini ortaya çıxırdısa, indi təhlükəsizlik və hüquqların təminatları təməli təşkil edir”, - deyə N.Paşinyan qeyd edib.