Türkiyədən Yunanıstana təşəkkür...
11.09.2018
Yunanıstanın bu addımı yaxşı qonşuluq münasibətinin təzahürüdür.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hülusi Akar Yunanıstanın ötən gün 2 türk əsgərini girov götürməsi və daha sonra təhvil verməsi ilə bağlı açıqlamasında deyib.
"Sərhəddə qeyri-qanuni miqrant axının qarşısının alınması üçün mübarizə aparırıq. Tam bu əsnada 2 türk əsgərimiz yunan tərəfinə girov düşdü. Aparılan danışıqlardan sonra əsgərlər bizə təhvil verildi. Bu səbəbdən qarşı tərəfə təşəkkürümü bildirirəm”, - deyə nazir bildirib.