Bayden Buça qətliamını soyqırım adlandırdı
13.04.2022
Co Bayden ilk dəfə olaraq Buçada baş verənlərlə bağlı "soyqırım” ifadəsini işlədib.
"DM" xəbər verir ki, o, bu barədə Ayova ştatında çıxışı zamanı danışıb. Bayden Vladimir Putinin Ukraynada soyqırım həyata keçirdiyini vurğulayıb.
Qeyd edək ki, prezident bundan öncə Buça haqqında çıxışı zamanı törədilən qətllər haqqında "müharibə cinayətləri” ifadəsindən istifadə etmişdi.