“PAŞA Bank”a sədr əvəzi təyin edildi
12.04.2022
"PAŞA Bank” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri və Baş İcraçı Direktoru, bu gündən Azərbaycan Mərkəzi Bankının İH-nin üzvü təyin edilmiş Taleh Kazımovun yerinə müvəqqəti təyinat olub.
"DM” xəbər verir ki, banka rəhbərlik sədr müavini Cavid Quliyevə həvalə edilib.
Yaxın vaxtlarda İH tam tərkibdə təşkil olunacaq və sədr vəzifəsinə təyinat baş tutacaq.
"T.Kazımovu bu təyinat münasibəti ilə təbrik edirəm və ona gələcəkdə uğurlar arzu edirəm. Əminəm ki, "PAŞA Bank”ın İH, Bankın 2020-ci ilin sonunda qəbul edilmiş 2021-2023-cü illəri əhatə edən strategiyasını yüksək səviyyədə icra etməyə davam edəcək”, - "PAŞA Bank”ın Müşahidə Şurasının sədri Mir Camal Paşayev bildirib.