23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin səfirliyinin İsraildə nazirliklərə göndərdiyi hədiyyələrdə dinləmə cihazı aşkarlanıb

12.04.2022

Çinin səfirliyinin İsrailin hökumət üzvlərinə hədiyyə etdiyi səyahət fincanlarında şübhəli casus avadanlığı aşkarlanıb.

"DM" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, hədiyyələrin yoxlanışı zamanı Çin səfirliyindən göndərilmiş səyahət fincanlarında şübhəli avadanlıq aşkarlanıb.

Adı açıqlanmayan İsrail rəsmisi şübhəli termosun Çin səfirliyi tərəfindən İsrailin İnnovasiya, Elm və Texnologiya Nazirliyinə göndərildiyini və ehtimal ki, nazir Orit Farkaş Hakoheni hədəf aldığını bildirib.

Oxşar hədiyyənin nəqliyyat naziri Merav Mikaelinin ofisinə də göndərildiyi məlum olub. Hər iki nazirin Çinin İsraildə maraqlı olduğu infrastruktur layihələri ilə əlaqəli olduğu bildirilir. Aşkarlanan şübhəli avadanlığın gizli dinləmə cihazı olduğu ehtimal edilir.

Hökumət üzvlərinə xarici qurumlardan hədiyyə qəbul edərkən dinləmə cihazı və ya kameralar ola biləcəyi ehtimalına görə son dərəcə diqqətli olmaları tapşırılıb.