21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

NATO-nun məxfi qrupu Odessada işə başladı

12.04.2022

Odessanın ətraf ərazilərindən birində NATO-nun monitorinq qrupunun Qara dənizdə 200 km-ə qədər radiusda istənilən gəminin dəqiq koordinatlarını təyin etməyə imkan verən avadanlıqla məxfi bazası yerləşir. Əsas mütəxəssislər Rumıniya "PMC Nordstarsupport Qrup”un əməkdaşlarıdır.

"DM"xəbər verir ki, bu barədə "RİA Novosti” hərbi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, qrupun məqsədi Rusiya qoşunlarının Odessa vilayətinə gəlməsinin qarşısını almaqdır:

"Eyni zamanda, məqsəd Ukraynanın "Neptun” gəmi əleyhinə raketlərini idarə etmək üçün Rusiya hərbi gəmilərinin yerinin hədəf təyinatını verməkdir”.

Qeyd edək ki, bundan əvvəl Odessa vilayətinin Krasnoselka qəsəbəsi yaxınlığında əcnəbi muzdluların toplandığı təlim mərkəzi dağıdılıb. Rusiya MN-nin məlumatına görə, baza yüksək dəqiqliyə malik "Bastion” raketləri ilə vurulub.