Prezident daha 2 sərəncam imzaladı
12.04.2022
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, 1. "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının 1-ci hissəsində "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri” sözləri "Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilir və həmin hissəyə "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra "Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.
***
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, " Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri "Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini” sözləri ilə, "Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilib
Bundan başqa, sərəncama əsasən, "Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri çıxarılıb, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” və "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini” sözləri, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini” sözlərindən sonra "Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilib.
Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Polşa Respublikası tərəfinə bildiriş göndərməlidir.