21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi

12.04.2022

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə saxlayıram və onların sənəd məsələsində nə qədər problem yaşadığını bilirəm.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, onların şəxsiyyət vəsiqəsinin, pasportunun vaxtı bitir və ölkəyə qayıdıb sənədləri qaydaya salmaq məcburiyyəti yaranır:

"Amma bu, belə olmamalıdır. Onlar xaricdə sənədlərini rahat dəyişməlidirlər. Biz soydaşlarımıza rahat şərait yaratmalıyıq. Azərbaycan qanunlarında xaricdə yaşayan vətəndaşlara güzəşt nəzərdə tutulsa da, bir nəfər bu güzəştdən faydalanmır. Xaricdə yaşayan azərbaycanlılar da ödənişli təhsil alır. Mən təklif edirəm ki, Dünya Azərbaycanlıları Universiteti yaradılsın”.

Deputat qeyd edib ki, ASAN Xidmət modelini səyyar formada xarici ölkələrdə təşkil etsək, yaxşı olar:

"Amma bu problemi biz həll edə bilmirik. Digər tərəfdən, sərhəddə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız çox çətinliklərlə üzləşir. Ukraynada səfirliyimiz işləmədi, sadəcə, Xarkovda fəxri konsulumuz işlədi. Amma səfirlik nə iş gördü, heç kim bilmədi ”.