21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moldova Rusiyaya qaz borcunu ödəyə bilmir

12.04.2022

Moldova Rusiyaya qaz borcunu ödəməyə hazır deyil və may ayından etibarən enerji daşıyıcısız qala bilər.

"DM"xəbər verir ki, bunu Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu bildirib.

"Onların müqavilə əsasında qaz tədarükünü dayandırmaq təhlükəsi var. Lakin Moldova istehlakçıları qazsız qalmayacaq, çünki bizim alternativ təchizatçılarımız var”, - nazir bildirib.

O, əlavə edib ki, ölkə borcun ödənilməsi qrafikini razılaşdırmağa hazırdır:

"Lakin bundan əvvəl "Moldovaqaz”ın balansında yığılmış borcun auditini almaq lazımdır. Razılaşmaya görə, mayın 1-dək bu məsələ ilə bağlı saziş imzalanmalıdır, amma Moldova hökuməti hələ də xarici auditoru cəlb edə bilməyib. "Moldovaqaz” və "Qazprom” arasında iddia edilən borcun ödənilməsinə dair müqavilənin audit olmadan imzalanmasına icazə verə bilmərik”.