Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki hazırlanıb
12.04.2022
"Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
S.Qafarovanın sözlərinə görə, qrafiklər komitə sədrlərinə təqdim ediləcək.
Daha sonra aprelin 8-də Milli Məclisin iki komitəsinin Şuşada birgə iclasının keçirildiyini xatırladan sədr əlavə edib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan yeni reallığın təzahürlərindən biridir.