Məşhur rusiyalı şoumen Maksim Qalkin Ukraynadakı müharibə haqqında sükutunu pozaraq, mariupollu bir qızın acı hekayəsini bölüşüb.
Kult.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.
Qalkin məşhur balaca Kira Çebenkonun videosunu yayımlayıb. Qız anası ilə şəhərdən necə qaçdığını və necə sağ qaldığını danışıb.
Qalkin bildirib ki, o, uzun illərdir televiziyada uşaqlarla danışıb, lakin uşaqlar bu qız kimi dəhşətləri yaşamamalıdırlar.
"Mən çoxlu gözəl uşaq nağılları eşitdim. Uşaqlar belə yaşamamalıdır. Uşaqlar kiçik həyatlarından belə hekayələr danışmamalıdır. Bu ukraynalı qız qətiyyən heç kimə hücum etmək fikrində deyildi”, - Maksim qeyd edib.
Qeyd edək ki, Qalkin ilk dəfə olaraq Rusiyanın Ukraynaya hücumunu pisləyib.