Rus əsgərləri üçün beynəlxalq tribunal yaradılacaq
11.04.2022
Rus hərbçilərinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın və Ukraynaya dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində iş aparılır.
"DM" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz rus ordusunun ədalət qarşısında cavab verməsi üçün beynəlxalq tribunalın yaradılması üzərində işləyirik. Dövlətimizə dəyən zərərin ödənilməsi üçün beynəlxalq mexanizm hazırlayırıq. Biz dağılmış hər şeyi bərpa edəcəyik, hər bir günahkarı cəzalandıracağıq”, - Zelenski bildirib.