İqor Dodonun qəzaya düşməsi sui-qəsdirmi?
10.09.2018
Moldova prezidenti İqor Dodon bazar günü düşdüyü yol qəzasını müəmmalı hadisə adlandırıb.
Moldova prezidenti yerli "Komsomolskoy pravdı” qəzetinə verdiyi müsahibəsində yol qəzasının sui-qəsd olması barədə fikirləri şərh edərkən söyləyib ki, mən indidən hər hansı konkret rəy bildirmək istəmirəm. Bu işlə məşğul olan məsul hüquq-mühafizə orqanları var, onlar araşdırma aparırlar. Biz qayda üzrə hərəkət edirdik və heç bir qayda pozuntusu yox idi. Yük maşını polis avtomobilini buraxdıqdan sonra içərisində olduğum avtomobilə tərəf istiqamət aldı.O, yol qəzasına düşən ailə üzvlərinin də vəziyyətinin normal olduğunu qeyd edib.
Xatırladaq ki, Moldova prezidenti İqor Dodon bazar günüyol qəzasına düşüb. Prezidenti aparan avtomobil dövlət təhlükəsizlik xidmətinin kortejdə olan avtomobillə toqquşub və qəza nəticəsində dövlət başçısı xəstəxanaya yerləşdirilib.