Türkiyə ABŞ-ın “F-16” qırıcılarına alternativ düşünüb
11.04.2022
ABŞ Konqresi "F-16” qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə Rusiyanın "Su-57” təyyarələrini almağı düşünə bilər.
Ankara Vaşinqtondan artıq xidmətdə olan Türkiyə "F-16”ları üçün 40 ədəd "F-16 Block 70” qırıcı və 80 ədəd "Block 70” təkmilləşdirmə dəsti istəyib. Bu sorğu təsdiqlənməsə, Ankara Rusiyanın "Su-57”ləri də daxil olmaqla alternativlər axtarmağa başlayacaq.
Fransa və Böyük Britaniyadan təyyarələrin alınması variantlarının da nəzərdən keçirilə biləcəyi istisna edilmir. ABŞ Konqresi "F-16” müqaviləsini təsdiqləsə, o zaman Ankara 2016-cı ildən istehsal etdiyi öz "TF-X” qırıcısını istifadəyə verənə qədər bu təyyarələr respublikanın müdafiə ehtiyaclarını ödəmək üçün kifayət edəcək.
Mənbə: Milliyet