Borrell çağırış etdi: Ukraynaya istədiyi silahları verin!
11.04.2022
AB diplomatiyasının rəhbəri Josep Borrell quruma üzv olan ölkələri təcili olaraq Ukraynaya tələb etdiyi silahları verməyə çağırıb.
"Devran Media" xəbər verir ki, bu barədə "Blumberq” agentliyi öz mənbəsinə istinadla məlumat yayıb.
"Borrell AB-nin yüksək səviyyəli diplomatlarına deyib ki, bununla bağlı qərar həftələr deyil, günlər ərzində verilməlidir”, - agentlik bildirib.