Gürcüstana və Moldovaya Aİ-yə üzvlüklə bağlı sorğu təqdim olunub
11.04.2022
Avropa İttifaqı (Aİ) üzvlük müraciəti ilə bağlı sorğunu Gürcüstana və Moldovaya təqdim edib.
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi sorğunu Lüksemburqda Gürcüstan və Moldovaya təqdim edib.
Sorğunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili təhvil alıb.
Xatırladaq ki, martın 3-də Gürcüstan Baş naziri İrakli Qaribaşvili ölkəsinin Aİ-yə üzvlüklə bağlı namizəd ölkə statusunun alınması üçün müraciət formasını imzalayıb.