21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gediş haqlarının artırılmasını istəyən sərnişindaşıma şirkəti məhkəməyə VERİLDİ

11.04.2022

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.
  
İş üzrə hazırlıq iclası may ayının 6-da keçiriləcək. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.

"Xaliq Faiqoğlu” Bakıda ən iri sərnişindaşıma şirkətlərindən biri hesab olunur. Şirkət 11 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Seyidov Faiq Sadiq oğludur.

"Xaliq Faiqoğlu” şirkəti bir müddət əvvəl vergi borcu ilə gündəmə gəlib. Şirkətin hazırda da 75 935.21 AZN vergi borcu var.

Qeyd edilib ki, bir neçə gün əvvəl sərnişindaşıma şirkətlərinin gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etdiyi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, qiymət artımı ilə bağlı müraciətdə siyahıya "Xaliq Faiqoğlu” şirkəti başçılıq edir.