Ukraynaya göndərilən S-300 “Kalibr”lə vuruldu
11.04.2022
Avropa ölkələrinin birindən Ukraynaya gətirilmiş S-300 zenit raket kompleksi "Kalibr” raketi ilə məhv edilib.
"DM"xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov məlumat verib.
"Aprelin 10-da Dnepropetrovskın cənubunda yüksək dəqiqlikli "Kalibr” raketləri anqarda saxlanılan S-300 zenit-raket diviziyasını məhv edib. Dörd ədəd S-300 buraxılış qurğusu və Ukrayna ordusunun 25-ə qədər şəxsi heyəti vurulub”, - Konaşenkov bildirib.
Qeyd edək ki, Slovakiya 8 apreldə Ukraynaya S-300 kompleksi göndərdiyini açıqlamışdı.