Rusiyada aksiya: mindən çox həbs var
10.09.2018
Rusiyada dünən baş tutan etiraz aksiyalarında 1018 nəfər həbs edilib.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı "OVD-İnfo” saytı yayıb. Sayt bu qədər şəxsin 38 şəhərdə keçirilən aksiyalar zamanı yaxalandığını bildirib. Ən çox həbs Sankt-Peterburq və Yekaterinburq şəhərlərində qeydə alınıb. Belə ki, Sankt-Peterburqda 452 nəfər, Yekaterinburqda isə 183 nəfər saxlanılıb.
Qeyd edək ki, dünən Rusiyanın əksər şəhərlərində Aleksey Navalnının çağırışı əsasında təqaüd reformlarının əleyhinə genişmiqyaslı aksiyalar keçirilib.