05 04 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Buça meri: “İşgəncələrlə öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib”

08.04.2022

Ukraynanın azad edilmiş Buça şəhərində öldürülmüş 163 nəfərin kimliyi müəyyən edilib.

Buça meri Anatoli Fedorukun sözlərinə görə, bu rəqəm şəhərdə qətlə yetirilmiş insanların ümumi sayının təxminən yarısına bərabərdir.

"Bu günə qədər biz 163 nəfərin kimliyini müəyyənləşdirə bilmişik. Bunlar şəhərimizin rusiyalılar tərəfindən öldürülmüş, vəhşicəsinə işgəncələrə məruz qalmış vətəndaşlarıdır. Biz onların soyadlarını, adlarını, atalarının adını, harada yaşadıqlarını bilirik”, - deyə şəhər meri bildirib.

Qeyd edək ki, indiyə qədər Buça şəhərində 320 dinc sakinin cəsədi aşkarlanıb.

Mənbə: Unian.net