21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qazdan istifadə limitləri ilə bağlı “Azəriqaz” rəhbərindən AÇIQLAMA

08.04.2022

"Yanvar-mart aylarında 14 min 738 yeni abonent qeydə alınıb”.

Bu barədə "Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

O bildirib ki, onlardan 14 002-si əhali üzrə, 736 yeni abonent isə qeyri-əhali üzrə qeydiyyata alınıb:

"Cari ilin mart ayında isə 3646 yeni abonent qeydiyyata alınıb. Onlardan 3 488-i əhali, 158 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb”.

"2022-ci ilin yanvar-mart aylarında ümumi abonentlərin 80 faizi (1 milyon 970 min abonent) təbii qazdan aşağı tariflə (1200 kubmetrdən aşağı) istifadə edib. Ancaq 20 faiz (487 min) abonent isə 1200 kubmetr limitini keçib.

Bu gün 2 milyon 419 min 192 qaz sayğacı mövcuddur. Onların 63 faizini mexaniki tipli sayğaclar, 37 faizini (9 min) isə öncədən ödənişli tipli sayğaclar təşkil edir”, - deyə R.Əliyev əlavə edib.