DTX-nin ələ keçirdiyi erməni terrorçu necə tanınıb? - Video
08.04.2022
44 günlük müharibə zamanı əsir götürülmüş şəxslərlə aparılan profilaktik söhbətlər zamanı erməni millətçi şəxslər arasında bir neçə nəfər bizim diqqətimizi cəlb elədi. Lüdviq Mkrtçyan çalışdı üzünü gizlətsin. Onun Naxçıvanda anadan olduğunu bildik.
Bu haqda DTX əməkdaşı "Görünməyən qəhrəmanlar - DTX" sənədli filmində deyib.
Onun sözlərinə görə, şübhəli erməni cəlladın tanınması üçün Birinci Qarabağ müharibəsində əsirlik həyatı yaşamış şəxslərə müraciət olunub:
"Həmin şəxslər onu əlində olan döymədən tanıdılar. Məlum oldu ki, bu adam 1991-ci ildə əsir götürülmüş qardaş və bacılarımıza amansız işgəncələr verib”.