Borrell və Leyen Kiyevdədir
08.04.2022
Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borreli və Slovakiyanın Baş naziri Eduard Xeqer Ukraynada səfərdədir.
Onlar Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
"Biz Urusla fon der Leyenlə artıq Ukraynadayıq. Prezident Vladimir Zelenski və hökumət başçısı Denis Şmıqalla görüşdə Ukraynaya yardımla bağlı konkret təkliflər təqdim edəcəyəm”, - E.Xeqer bildirib.