Hulusi Akar Reznikovla danışdı
08.04.2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlər mülki vətəndaşların təxliyəsi barədə fikir mübadiləsi aparıb.