Türkiyə və Britaniya XİN başçıları Ukraynadakı durumu müzakirə edib
07.04.2022
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə britaniyalı həmkarı Liz Trass arasında görüş olub.
"DM” xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı tviter səhifəsində yazıb.
"Həmkarımla qarşılıqlı iqtisadi əlaqələr və Ukraynadakı durum barədə danışdıq”, - nazir bildirib.